Vətəndaşın bank kartından oğurluq edilib.

"Unikal" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 1000 manat pul və bank kartı, həmin kartdan isə 600 manat pul oğurlamaqda şübhəli bilinən Cəsur Mikayılov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.