Rusiyalı müğənni Zemfira Ramazanovanın xarici agent statusunun ləğvi ilə bağlı verdiyi şikayət rədd edilib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, müğənni Kassasiya Məhkəməsinə şikayət edib. 

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Zemfiranı 2023-cü ilin fevralında xarici agentlərin reyestrinə salıb. 

Ədliyyə Nazirliyi qeyd edib ki, müğənni açıq şəkildə Ukraynanı dəstəkləyib, xüsusi hərbi əməliyyata qarşı çağırışlarla dost olmayan ölkələrdə konsertlər verib və xarici mənbələrdən dəstək alıb. 

Ağarza Elçinoğlu