Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca