Bakıda maşın yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda “BMW” markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.