Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, yol qəzası Xocalı prospektində qeydə alınıb.

Belə ki, "Baku Bus" MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.