Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili piyadaları - Lənkəran şəhər sakinləri 1996-cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizlini və 1977-ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.