Sumqayıtda 47 yaşlı kişinin üzərinə beton aşıb.

"Unikal" xəbər verir ki, hadisə “Alüminium zavodu” ətrafında qeydə alınıb.

Metal yığıb satmaqla məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə naməlum şəraitdə beton aşdığı bildirilir. Q. Şeydayev hadisə yerində ölüb.

Fakt araşdırılır.