Odessada martın 15-i günortadan sonra Rusiyanın raket hücumları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğu 73 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir, dağıntılar təmizlənir, hücumun nəticələri aradan qaldırılır.

*** 16:39

Rusiya ordusu Odessanı raket atəşinə tutub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində 14 nəfər ölüb, 46 nəfər yaralanıb. 

Odessa PA-nın rəhbəri Oleq Kiper bildirib ki, sabah Odessada və regionda matəm elan olunacaq. 

Ağarza Elçinoğlu