Bu gün Rusiyanın Riqadakı səfirliyi yaxınlığında Rusiyada prezident seçkilərində səs vermək istəyən iki nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu  barədə Latviya polisi məlumat yayıb. 

Bildirilir ki, yerli vaxtla səhər saat doqquz radələrində bir neçə nəfər səs vermək üçün Rusiya səfirliyinə toplaşıb, baxmayaraq ki, Latviya hakimiyyəti martın 15 və 16-da səsvermənin keçirilməsinə icazə verməyib, bunun üçün cəmi bir gün yəni 17 mart tarixini ayırıb.

Polis bildirib ki, iki nəfərin həbsinə səbəb onların guya aqressiv davranması olub.

Gülayə Mecid