Fransanın Marsel şəhərində “Nemesis” terror əməliyyatının iştirakçısı Soqomon Tehleryanın abidəsi qoyulub.

"Unikal" xəbər verir ki, martın 15-də abidənin açılış mərasimi olub.

2017-ci ildə Marseldəki meydanlardan birinə rəsmi olaraq erməni terrorçunun adı verilib.

O, 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. 

Tehleryan 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm - Türkiyənin daxili işlər naziri Tələt Paşanı güllələyib. Həmin il iyunun 2-də Tehleryan Almaniya məhkəməsi tərəfindən günahsız elan edilib, bundan sonra Belqrada, bir neçə ildən sonra isə ABŞ-yə gedib.

Daha sonra onun adına fond yaradılaraq saxta erməni soyqırımı təbliğatı aparılıb. 

Ağarza Elçinoğlu