Moskvada yaşlı qadın Maryinoda seçki məntəqəsində seçki qutusunu yandırdığına görə polis tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb. 

Bildirilir ki, qadını seçki hüquqlarının həyata keçirilməsinə və ya seçki komissiyalarının işinə mane olma maddəsi ilə 3 ildən 5 ilədək və yaxud dövlətə xəyanət maddəsi ilə 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Moskvada seçki məntəqələrinin birində də  20 yaşlı qız seçki qutusuna yaşıl rəngli boya tökmüşdü. 

Gülayə Mecid