Sankt-Peterburqda seçki məntəqəsinə “Molotov kokteyli” atılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Fontanka" nəşri yazıb. 

Hadisə Sankt-Peterburqun Moskovski rayonunda baş verib. "Molotov kokteyli" atan qız dərhal polis tərəfindən saxlanılıb: "Saat 15:00 radələrində səhər saatlarından iki seçki məntəqəsinin fəaliyyət göstərdiyi 358 saylı məktəbin girişinə gənc qız "Molotov kokteyli" atıb. Hədəf seçki posteri idi. Qız saxlanılıb. Onun 21 yaşı var. O, polisə izah edib ki, yandırma tapşırığını hansısa Ukrayna teleqram kanalından alıb, ona ödəniş vəd ediblər".

Ağarza Elçinoğlu