BMT TŞ-nin hərbi münaqişələrin həllində və idarə edilməsində çatışmazlıqları var.

"Unikal"  xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumunda “Regional hərbi və iqtisadi alyansların rolu” adlı çıxışı zamanı deyib.

“Silahlı münaqişələrin, boz ərazilərin yaradılmasının qarşısının alınması istiqamətində işlər görülür. Biz hansı yolla getməliyik? Regionda tək qalan ölkələr var. Bu haqda düşünməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.