Rusiya prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində onlayn səs verib.

"Unikal" xəbər verir ki, yayılan görüntülərdə o, kabinetində kompüterin qarşısına keçib, seçimini edib, daha sonra gülümsəyərək kameraya əl yelləyib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərində onlayn səsvermə ilk dəfə istifadə olunub. 

Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçiriləcək.