Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.