Ötən il Dağıstanın Noqay bölgəsində moped sürən 14 yaşlı yeniyetməni avtomobillə vuraraq öldürən 21 yaşlı Vladimir Qriqoryan bu gün bir illik istintaqdan sonra il yarım azadlıqdan məhrum edilib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, qərarı eşidən uşağın atası Vladimir Qriqoryanla vəkili Sergey O.nu məhkəmə binası qarşısında güllələyərək qətlə yetirib.

Onların hər ikisi hadisə yerində keçiniblər.

Məlum olub ki, qətlə yetirilən Vladimir Kizlyarın keçmiş prokuroru Sarkis Qriqoryanın oğlu, Kizlyar konyak zavodunun keçmiş direktoru Vladimir Qriqoryanın nəvəsidir. 

Nuranə Abbasova