Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvydas Anusauskas baş nazir İnqrida Simoniteyə istefa məktubu təqdim edib.

"Unikal" "TASS"a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Biz baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət alması faktını təsdiq edirik”, - deyə məlumatda bildirilir.