İranın Səravan şəhərində silahlı qarşıdurmada polis öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Səravan şəhərinin başçısı Səid Təclili açıqlama verib. Bildirib ki, hadisə Səravandan 7 kilometr aralıda Pərəkənt kəndində  baş verib: "Sepiç polis bölməsinin əməkdaşlarına bir neçə silahlı şəxs atəş açıb, nəticədə bir polis nəfəri ölüb, ikisi yaralanıb".