ABŞ-ın Florida ştatında burun ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən kişinin burnunda çoxlu həşərat aşkarlanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, əməliyyatla kişinin burnundan 150 kiçik həşərat çıxarılıb.

Böcəklər pasiyentin burnundan bir-bir çıxarılıb. 

Bu vəziyyətin çox nadir rast gəlinən sağlamlıq problemi olduğunu bildirən həkim Karlson 20 illik karyerasında belə bir halla rastlaşmadığını bildirib.