Balakəndə yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın Balakən şəhər sakini 1974-cü il təvəllüdlü Namazov Yünis Ağamalı oğluna məxsus vaqon tipli fermada baş verib. Yanğın yerinə Balakən DYMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı sahəsi 24 kv/m olan dəmir konteyner içərisindəki 100 cücə ilə birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Seymur Əli