Qalapaqos adalarından birində cəmi 30 min nəfər yaşayır, lakin adanı ildə təxminən 170 min turist ziyarət edir.

"Unikal" CNN telekanalına istinadla xəbər verir ki, turist axını nəticəsində adaya dəyən ekoloji zərərin qarşısını almaq üçün bu ildən etibarən giriş haqqı iki dəfə artırılacaq. Bu, 1998-ci ildən bəri Qalapaqosa giriş qiymətində ilk bahalaşmadır.

Ekvador Turizm Nazirliyi 2024-cü il avqustun 1-dən qüvvəyə minəcək yeni rüsumları açıqlayıb. Argentina, Braziliya və Perunun da daxil olduğu “Mercosur” ticarət blokunun digər üzvləri istisna olmaqla, demək olar ki, bütün ölkələrin vətəndaşları üçün giriş haqqı 100 dollardan 200 dollara qaldırılacaq. Blokun üzvləri üçün isə qiymət dəyişməz qalır. 

Qeyd edək ki, Qalapaqos yüzdən çox adalarla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir. “Canlı muzey” adlanan adalarda çoxlu nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar növləri yaşayır. Arxipelaqda elmi kəşflər hələ də davam edir. Ötən il burada yaşının minlərlə il olduğu güman edilən və elmə məlum olmayan yeni mərcan növü tapılıb. 2021-ci ildə UNESCO-nun dərc etdiyi hesabatda Ekvador hökuməti qanunsuz balıq ovunu azaltdığına və invaziv növlərin populyasiyasını nəzarətdə saxladığına görə təqdir edilib.