Bütün dünyanı təsir edən pandemiyadan sonra iqtisadi böhran və artan yaşayış dəyəri vətəndaşlara mənfi təsir etməkdə davam edir.

"Unikal" xəbər verir ki, Türkiyə də iqtisadi böhran yaşayan ölkələrdən biridir. Ölkədə baş verən iqtisadi vəziyyət vətəndaşlara təsirsiz ötüşmür. 

İstanbulda kadra alınan görüntülər hər kəsin diqqətini çəkib. Belə ki, küçə reportajı zamanı 84 yaşlı qadına "Necə yaşayırsınız?" sualı verilib. 

 O, hazırda kirayə pulunu ödəmək üçün qabyuyan iş axtardığını bildirib:

"100 lirə ( 5,28 azn)  borc almışam, dərmanımı almağa gedirəm. Kirayə qalıram, uşaqlarım çətinliklə dolanır. Mən kirayə haqqımı ödəyə biləcək vəziyyətdə deyiləm. Qab-qacaq yumaq üçün iş axtarıram. Bayram gəldi, getdi, evimə ət girmədi. İcazə verin açarlarımı verim, evimə gedin və yoxlayın. Sən mənim evimin və şkafımın vəziyyətini başa düşürsən?".

Qadının bu çıxışı sosial mediada gündəm yaradıb.