ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi pilotsuz uçuş aparatları olub.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Martın 16-da saat 21:00-dan 22:30-a qədər “CENTCOM” Yəmənin Husilərin nəzarətində olan bölgələrində 5 dron və bir PUA məhv edib”, - məlumatda deyilir.

Bildirilir ki, sözügedən dronlar və PUA bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.