Türkiyənin Əməkdar jurnalisti və yazıçı Əli Sirmen 84 yaşında dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, eyni zamanda hüquqşünas, kino və serial aktyoru olan Sirmen bir müddətdir İstanbulda xəstəxanada müalicə alırdı.

“Cümhuriyyət” qəzetinin yazarı türk klassik musiqisinin bəstəkarı və skripka ifaçısı Sadi İşılayın nəvəsidir. 

Sirmenin dəfni ilə bağlı detallar hələ açıqlanmayıb.