Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu martın 17-18-də Ermənistana ikigünlük işgüzar səfərə yollanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan Telegram kanalında məlumat verib.

Martın 18-də Nurtleu Ermənistan Xarici İşlər Nazirliyində erməni həmkarı Ararat Mirzoyanla görüşəcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər.