Permdə məntəqə seçki komissiyasının yerləşdiyi A.Q.Soldatov adına Mədəniyyət Evində partlayış törədilib.

"Unikal" xəbər verir ki, bu barədə Perm Ərazi Təhlükəsizlik Nazirliyi məlumat yayıb. 

"Bu gün, martın 17-də A.Q.Soldatov adına Mədəniyyət Sarayının ayaqyolunda 63 yaşlı qadın fişəng yandırıb. Nəticədə qadın qolundan xəsarət alıb. Ona lazımi tibbi yardım göstərilib. Zərərçəkən tibb müəssisəsinə yerləşdirilib”, - deyə nazirliyin "Telegram" kanalında qeyd olunub.