Avropa İttifaqı Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb və tərəfdaşlıq səviyyəsini strateji səviyyəyə yüksəltmək üçün onunla birgə bəyannamə imzalayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən Avropa-Misir sammitinin yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Bu gün biz Aİ ilə birlikdə Misirə 7,4 milyard avro dəyərində yardım paketi haqqında saziş, həmçinin tərəfdaşlığımızı strateji səviyyəyə qaldıran birgə bəyannamə imzaladıq", - Misir lideri bildirib.

O əlavə edib ki, bu gün Qahirədə baş tutan danışıqlar zamanı Avropa liderləri ilə enerji problemləri, yaşıl hidrogen istehsalı və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri ilə bağlı müzakirələr aparıb.