"Uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sabit və davamlı sülhə nail olmaq şansı var”.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra deyib.

"Uzun illərdən sonra Ermənistanla Azərbaycan arasında sabit və davamlı sülhə nail olmaq şansı var. Mən Azərbaycan Prezidentinin "hər iki tərəf sülhə həmişəkindən daha yaxındır" fikrini yüksək qiymətləndirirəm. Cənubi Qafqazda sülh regionun sakinləri, Qara dəniz regionu və ümumilikdə transatlantik təhlükəsizlik üçün vacibdir”, - deyə NATO-nun Baş katibi bildirib.

Digər mövzulara da toxunan Stoltenberq bildirib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib.

"Mən burada enerji təhlükəsizliyini də müzakirə etməkdən məmnunam, çünki enerji bizim təhlükəsizliyimiz üçün vacibdir. Azərbaycanın bəzi NATO müttəfiqləri ilə sıx enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram", - deyə o vurğulayıb.