Almaniya prezidenti Frank-Valter Ştaynmayer Vladimir Putini prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Almaniya liderinin mətbuat katibi Kerstin Qamelin bildirib ki, bununla bağlı Putinə məktub olmayacaq. 

Qeyd edək ki, Rusiyada üç gündür keçirilən prezident seçkiləri dünən başa çatıb. Seçki bülletenlərin 99,43 faizi hesablanıb. Nəticələrə görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.

Ağarza Elçinoğlu