Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.  

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) daxil edilib.