Mingəçevirdə avtomobil piyadanı vurub.

"Unikal"ın məlumatına görə "Tayota" markalı maşın yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Quliyeva Reyhan Şahbaz qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı piyada polis əməkdaşlarının köməyi ilə  xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov