Gədəbəydə yeniyetmə oğlanı maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb. Yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi  "KİA" markalı minik maşını vurub. 13 yaşlı piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov