Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.

"Unikal" xəbər verir ki, meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.