Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.