“Moskvada terror aktı martın 9-da “Crocus City”də, prezident seçkilərindən əvvəl planlaşdırılırdı”.

"Unikal" xəbər verir ki, bu barədə politoloq Sergey Markov sosial şəbəkədəki səhifəsində yazıb.

“Terror aktının martın 9-da “Crocus City”də Şamanın konsertində törədilməsi planlaşdırılıb. Seçkilərdən əvvəl, Putinin etibarlı şəxsinin konsertində bu akt, seçkidən əvvəlki vəziyyəti qeyri-sabit vəziyyətə gətirməli idi. Lakin ABŞ Dövlət Departamenti terror aktının qəti şəkildə əleyhinə idi və martın 7-də konsertdə və ya ticarət mərkəzində 8 mart ərəfəsində mümkün terror aktı barədə açıq xəbərdarlıq etdi”, - deyə S. Markov yazıb.

Politoloq qeyd edib ki, seçkilərdən əvvəl Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, iki təxribatçı qrup həbs edilib.

Xatırladaq ki, ABŞ və Britaniyanın Moskvadakı səfirlikləri Rusiyada olan vətəndaşlarını 8 və 9 mart tarixlərində ekstremistlərin hücum təhlükəsinə görə kütləvi tədbirlərdə iştirak etməməyə çağırıblar.