“Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl vəd edildiyini etiraf edib.

"Unikal" xəbər verir ki, sözügedən şəxsin dindirilmə videosu sosial şəbəkələrdə yayılıb.

Saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.