Moskvada terror aktı nəticəsində yaralanan 107 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 3-ü uşaqdır.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya hökuməti sədrinin müavini Tatyana Qolikova deyib.

O bildirib ki, bir uşağın vəziyyəti son dərəcə ağır, iki uşağın vəziyyəti isə ağırdır. Onun sözlərinə görə, ümumilikdə, 15 yaralının vəziyyəti çox ağırdır. "Yetkinlərdən 15 nəfərin vəziyyəti son dərəcə ağır, 42 nəfərin vəziyyəti ağırdır”.