Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, danışıq zamanı Prezident Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirərək, Rusiya Prezidentinə başsağlığı verib.

Türkiyə lideri günahsız insanları vəhşicəsinə hədəfə alan mənfur terror aktını ən sərt şəkildə qınayaraq, Rusiya xalqına səbr diləyib.

Türkiyə Prezidenti baş verən hücumun bölgədəki böhranlara ən qısa zamanda sülh yolu ilə son qoyulmasının vacibliyini ortaya qoyduğunu, ölkəsinin terrorla mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.