“Crocus City Hall”da terror aktında şübhəli bilinən şəxslər Rusiya vətəndaşları deyil.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün bir sıra "Telegram" kanalları və sosial şəbəkələrdə terror aktında şübhəli bilinən şəxslərin Rusiya vətəndaşları olması ilə bağlı iddialar yayılıb.

"Bu məlumat həqiqətə uyğun deyil. Onların hamısı xarici vətəndaşlardır", - deyə qeyd olunub.

Nazirlik onu da bildirib ki, hazırda Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya bölmələri Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan həmkarları ilə birlikdə saxlanılan şəxslərin hər birinin Rusiya Federasiyası ərazisində qalma müddətini öyrənir.