Birləşmiş Ştatlar terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir və Moskva yaxınlığındakı “Crocus City Hall”da həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir.

"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken bildirib.

“Biz həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə o qeyd edib.