Ukraynanın müdafiəsinə qoşulan daha bir azərbaycanlı hərbçi həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan Rövşən İsmayılov müharibəyə könüllü qatılmışdı.

Ukrayna vətəndaşı olan soydaşımız müharibənin ən qaynar nöqtələrində döyüşərək həyatını itirib. Bir oğlu yadigar qalıb.