Yeni Günəşlidə oğurluq hadisəsi olub.

DİN-in mətbuat xidmətindən  "Unikal"a verilən məlumata görə, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2000 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.