Ölkə içməli su böhranı yaşaya bilər?
Ölkə içməli su böhranı yaşaya bilər?

Mais Güləliyev:
"Hazırda Azərbaycan
ciddi şəkildə içməli su problemi ilə üz-üzə qalıb"

Hazırda içməli su problemi bütün dünyanın analitiklərini və politoloqlarının diqqət mərkəzindədir. Onların proqnozlarına görə, yaxın 15-20 ildə içməli su dünya siyasətində neftdən daha çox önəm daşımağa başlayacaq.

Bu cür radikal qənaətin təməlində çox sadə bir səbəb durur: bəşəriyyətin planetə vurduğu zərbələr nəticəsində bir çox canlılar və bitki növləri ilə yanaşı planetdə içməli suyun da miqdarı azalmağa başlayıb və bu tendensiya qorxulu nəticələrə gətirib çıxara bilər. Yenə də dünyanın müxtəlif elm mərkəzlərində aparılmış araşdırmalara görə, hazırda Yer kürəsindəki əhalinin altıda bir hissəsi içməli su qıtlığı şəraitində yaşayır. 2025-ci ildə isə vəziyyət daha da ağırlaşa bilər.
Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynovanın sözlərinə görə, artıq bu gün Azərbaycanda bir çox vətəndaşlar içməli sudan korluq çəkirlər. Bu problem paytaxtda daha çox müşahidə edilir. Belə ki, şəhərin çox yerlərinə içməli su gündə bir dəfə verilir, bəzi rayonlarda isə "texniki su"dan istifadə edilir.
Fəridə Hüseynova bildirir ki, böyük vəsait qoyulmuş dövlət proqramlarının əksəriyyəti bu problemi həll etmək gücündə deyil. Çünki içməli su qaynaqları ekoloji fəlakətlər nəticəsində gündən-günə azalır.
Fəridə Hüseynovanın fikrincə, müəyyən texnoloji üsullara Xəzər dənizinin suyundan içməli su əldə etmək barədə ekologiya naziri Hüseynqulu Bağırovun layihəsi də bu boşluğu doldura bilməyəcək.
Buna görə də bir nəfərin içməli suya olan gündəlik 300 l-lik tələbatı bu gün Azərbaycanda iki dəfə azalıb.
Azərbaycan Yaşıllar Partiysının sədri Mais Güləliyevin sözlərinə görə, "Hazırda Azərbaycan ciddi şəkildə içməli su problemi ilə üz-üzə qalıb. Bu kəskinlik daha çox ölkənin paytaxtında müşahidə olunur. Paytaxtın su ilə təminatının 70 %-i Kür çayının payına düşür. Ancaq bu mənbə Bakını ancaq səhərlər və axşamlar su ilə təmin edə bilir. Nəzərdə tutulurdu ki, Qəbələdən çəkilən su kəməri sutkanın digər vaxtlarındakı boşkuğu aradan qaldıracaq. Ancaq məlum olduğu kimi, Qəbələ dən Bakıya çəkilən su kəməri tam gücü ilə işləyə bilmir və bunun da bir sıra səbəbləri var".
Mais Güləliyevin fikrincə, "Ümumiyyətlə, Qəbələ suyu içməlıi su kimi çox da keyfiyyətli deyil. Bunu mütəxəssislər də təsdiqləyə bilər. Qəbələ suyunu problemli edən digər amil isə oradakı RLS-in fəaliyyəti ilə əlaqəlidir. Məlum olduğu kimi, Rusiyanın istismar etdiyi və istismar zamanı çoxlu miqdarda radioaktiv yayıntılara səbəb olan bu kəşfiyyat qurğusu da Qəbələ suyunuin keyfiyyətinə çox pis şəkildə təsir edir. Əgər həmin RLS tam gücü ilə işləməyə başlasa, Qəbələ suyu daha təhlükəli xəstəliklərin daşıyıcısına çevriləcək".
Partiya sədrinin dedityinə görə, "Bakını və bir çox rayonları su ilə təmin edən Kür çayı da hazırda Azərbaycandan asılı olmayan səbəblərə görə, kritik durumdadır. Bir vaxtlar Türkiyə Kürün bir qolunu başqa istiqamətə döndərməyi planlaşdırıdı. Vəziyyətdən dərhal narahat olan Gütcüstan Türkiyə ilə danışıqlara başladı və sonradan bu problem aradan qalxdı. Amma indi Gürcüstanın özü Kür üzərində iki su-elektrik stansiyası inşa etməyi planlaşdırır. Qonşu ölkə bu planı gerçəkləşdirsə, Azərbaycan həm suvarma, həm də içməli su təchizatında ciddi durumla üzləşcək. Gürcüstanla bağlı başqa bir amil isə bu ölkədəki əksər kanalizasiya və texnogen tullantılı suların Kürə axıdılmasıdır ki, bu da xoşagəlməz vəziyyətdir. Fikrimcə, Azərbaycan hökuməti bu istiqamətdə Gürcüstan qarşısında məsələ qalıdrmalıdır".
Mais Güləliyev bildirir ki, Ermənistandakı Metsamor AES-dən və digər sənaye obyektlərindən Araza axıdılan tullantı suları da Azərbaycanın içməli suyununtaleyində müdhiş rol oynayır. Məlum olduğu kimi, Araza çayı nəhayət Kürlə birləşir və ardioaktov tullantılarla, ağır metallarla zəngin olan su Bakıya axır".
Maüs Müəlim sonda onu da vurğuladı ki, ümumiyyətlə "Azərbaycanın içmli su potensialı yetərincə deyil və qonşu ölkələrlə müqayisədə biz uduzuruq. Amma əlimizdə olan su mənbələrinə effektli yanaşma nümayiş etdirilsə, vəziyyətdən çıxmaq mümkündür. Bir amili də vurğulamalıyam. Sovet dönəmində ölkə ərazisinin 14 faizini meşə örtükləri təşkil edirdi. Hazırda isə bu rəqəm 7 %-ə enib və bu rəqəm təhlükəli tendensuyadan xəbər verir. Çünki ərazidə meşə zolağı olanda torpaqda rütubətlilik yüksəlir və nəticədə şirin su çoxalır. Fikrimcə, içməli su proqramlarına qoyulan dövlət vəsaitlərinin xeyli hissəsi yeni meşə zolaqlarının salınmasına yönəldilməlidir".

Savalan