"Crocus"da baş verən terror aktı zamanı insanları xilas edən 15 yaşlı İslam Xəlilov və 14 yaşlı Artyom mükafatlandırılıblar. 

"Unikal" xəbər verir ki, uşaq Ombudsmanı Mariya Lvova-Belova gənc qəhrəmanlara mükafat verib.

Qeyd edək ki, İslamla Artyom "Crocus"dakı terror aktı zamanı insanların koridorlardan təhlükəsiz şəkildə çıxışına kömək ediblər.