Almaniyanın xarici işlər naziri Annalena Berbok və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özlərini 13 yaşlı yeniyetmələr kimi aparırlar, Avropanı “uşaqlar” idarə edir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Rossiya-1” telekanalına müsahibəsində deyib.

"Mən deyərdim ki, indi şounu yeniyetmələr idarə edir. Yaşlarından asılı olmayaraq, onlar böyük deyillər. Ursula fon der Lyayen yetkin kimi davranmır. Annalena Berbok da, şübhəsiz ki, belə uşaqlıq nümunəsidir. Mən onlara yeniyetmələr deyirəm, çünki onlar mənə qapını çırpıb otağına kilidlənən, özlərini xarici dünyadan bağlayan 13 yaşlı uşaqları xatırladırlar", - Avstriyanın keçmiş xarici işlər naziri deyib