“Vegas Crocus City”, “Vegas Kuntsevo” və “Vegas Kashirskoye” ticarət mərkəzləri martın 25-dən qeyri-müəyyən müddətə bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Vegas” ticarət mərkəzinin səhifəsində məlumat verilib.

“Alış-veriş və əyləncə komplekslərinə nə vaxt baş çəkməyin mümkün olacağı barədə sizə mütləq məlumat verəcəyik. Anlayışınız və əlaqə saxladığınız üçün təşəkkür edirik”, - məlumatda deyilir.

"Vegas" ticarət mərkəzləri "Crocus City Hall" konsert zalının sahibi olan "Crocus Group"a məxsusdur.

Bundan əvvəl şirkətin prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada bina və tikililərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.