Gədəbəyə güclü qar yağıb, avtomobilərin hərəkətində çətinlikər yaranıb.

"Unikal" xəbər verir ki, günorta saatlarında yağmağa başlayan qar daha da intensizləşib. Həmçinin temperatur aşağı düşüb. Qarın hündürlüyü rayon mərkəzində 5-10 sm metrə çatıb. Ucqar kəndlərdə isə 15-20 sm metrə çatıb. Qarlı hava şəraiti rayonun mərkəzi o cümlədən dağ yollarında avtomobillərin hərəkətində çətinlik yaradıb. Bir neçə avtomobillər yolda qalıb. Əraziyə DYP əməkdaşları cəlb olunub. Yolda qalan avtomobillərin mənzil başına çatması üçün polis əməkdaşları tərərfindən köməklik göstərilib.

Aidiyyəti qurumlar tərəfindən yollara qum səpilir və nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün işlər davam etdirilir.

Hazırda Gədəbəy rayonuna  qarın yağması davam edir.

Tural Əhmədov