Bayram tətili günlərində zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımızı 3540 nəfər turist ziyarət edib. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Unikal"a bildirib ki, tətil günlərində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şirvan və Abşeron milli parklarıdır.