Türkiyəli aktyor Rüzgar Aksoyun baş rolunu canlandırdığı "Aziz Mahmud Hüdayi: Aşkın yolculuğu" serialının çəkiliş meydançasında yanğın olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rivada yerləşən çəkiliş məkanındakı hadisəyə səbəb isə elektrik naqillərindəki yaranan problem olub.

Qısa zamanda qarşısı alınan yanğında xəsarət alan olmayıb. Çəkilişlərə bir gün fasilə verilib.