2022-ci ildə Rusiyadakı butiklərini müvəqqəti bağlayan Fransız moda evi "Hermes" və İtalyan moda evi "Fendi" nəhayət Moskvanı tərk edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Qeyd olunur ki, bu mağazaların Rusiyadakı törəmə şirkətlərindən (“Hermes Rus” ASC və “Fendi Ru” MMC) icarə müqavilələri 2023-cü il dekabrın 31-dək qüvvədə olub.

Bundan əlavə, bildirilir ki, "Fendi" Rusiyadakı bütün mağazalarını həmişəlik bağlayacaq.

2022-ci ilin yazından başlayaraq Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqədar  bir çox Qərb şirkətləri, məsələn, McDonald's , The Coca-Cola Export Corporation, Nike Inc, Adidas AG, Inditex SA (Zara, Pull&Bear, Massimo Dutti, Bershka), Rusiya Federasiyasındakı işlərini dayandırmaq və ya ölkə bazarını tamamilə tərk etmək qərarına gəlib.

Gülayə Mecid